Bank Of Baku

ABŞ-da İrandakı Azərbaycanlı Siyasi Məhbuslara İşgəncələrə Qarşı Komitə yaradılıb

ABŞ-da İrandakı Azərbaycanlı Siyasi Məhbuslara İşgəncələrə Qarşı Komitə yaradılıb
# 31 avqust 2007 08:36 (UTC +04:00)
APA-nın ABŞ bürosunun xəbərinə görə, komitənin əsas məqsədi dünya ictimaiyyətinin diqqətini İran zindanlarında saxlanılan və işgəncələrə məruz qalan azərbaycanlıların vəziyyətinə cəlb etməkdir. Qurum hazırda həbsdə saxlanılan fəallar - Səid Mətinpur, Saleh Kəmrani, Abdulla Abbas Cavan, Cəlil Qanuli və Bəhruz Səfərinin taleyi ilə bağlı məlumat toplamaq niyyətindədir. Onların hamısı “Amnesty İnternational” və digər nüfuzlu beynəlxalq insan haqları təşkilatları tərəfindən vicdan məhbusları kimi tanınıb. Komitə həmçinin media təmsilçiləri və insan haqları ilə məşğul olan beynəlxalq təşkilatlara müraciət edərək Cənubi Azərbaycanda baş verən hadisələrin diqqət mərkəzində saxlanılmasını xahiş edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR