Bank Of Baku

AMİP prezident seçkilərində öz namizədi ilə iştirak edəcək

AMİP prezident seçkilərində öz namizədi ilə iştirak edəcək
# 31 avqust 2007 09:45 (UTC +04:00)
Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) 2008-ci ildə keçiriləcək prezident seçkilərində öz namizədi ilə iştirak edəcək. Partiyanın sədri Ayaz Rüstəmov APA-ya bildirib ki, onlar hər hansı kənar namizədi müdafiə etmək barədə düşünmürlər. O, partiyanın lideri Etibar Məmmədovun prezidentliyə namizəd olmasını arzu etdiklərini deyib: “Amma seçkidə iştirak edib-etməyəcəyini Etibar Məmmədov özü müəyyənləşdirəcək. Hələlik onun bu barədə qərarı yoxdur”. A. Rüstəmov seçkilərdə iştirak edəcək namizədlərlə bağlı indidən müzakirələr aparmağı tez hesab etdiyini də vurğulayıb. Onun sözlərinə görə, indiki mərhələdə yalnız seçkiqabağı vəziyyətin demokratikləşməsi istiqamətində birgə iş aparmaq lazımdır: “Buna nail ola bilməyəcəyiksə, seçkidə bir, yaxud beş namizədlə iştirak etməyin heç bir fərqi yoxdur”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR