Bank Of Baku

“YeS” sentyabrda fəaliyyətini bərpa edəcək

“YeS” sentyabrda fəaliyyətini bərpa edəcək
# 31 avqust 2007 10:14 (UTC +04:00)
Sentyabrın ilk ongünlüyündə uzun fasilədən sonra “Yeni Siyasət” blokunun ilk toplantısının keçiriləcəyi gözlənilir. Blokun Koordinasiya Şurasının üzvü, Azərbaycan Ziyalı Hərəkatının (AZH) sədri Eldəniz Quliyevin APA-ya verdiyi məlumata görə, toplantıda blokun fəaliyyətinin bərpası və növbəti prezident seçkilərində iştirakla bağlı müzakirələr aparılacaq. E. Quliyev KŞ üzvlərinin bir sıra təkliflər hazırladığını və özünün də bəzi təkliflərinin olduğunu bildirib: “Siyasi meydanda boşluq var. Ona görə də mən blokun yeni siyasi qüvvə kimi meydana çıxmasını və səmimi mübarizə aparmasını təklif edəcəyəm”. E. Quliyev toplantıda blokun strukturları, rəhbərliyi və fəaliyyət istiqamətləri ilə bağlı müzakirələr aparılacağını qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR