Bank Of Baku

“Azadlıq” bloku kütləvi aksiyalarla bağlı müzakirələrə başlayacaq

“Azadlıq” bloku kütləvi aksiyalarla bağlı müzakirələrə başlayacaq
# 31 avqust 2007 12:45 (UTC +04:00)
“Azadlıq” bloku kütləvi aksiyaların keçirilməsi üçün sentyabrın sonlarında müzakirələrə başlayacaq. Blokun Sədrlər Şurasının üzvü, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin APA-ya verdiyi məlumata görə, aksiyalarda Seçki Məcəlləsinin dəyişdirilməsi, seçkiqabağı mühitin demokratikləşməsi və sərbəst toplaşmaq azadlığının təmin olunması tələb ediləcək. O, blokun öz mövqeyində qaldığını və şəhərin kənarında aksiyalar keçirmək fikrində olmadıqlarını deyib. Ə. Əliyevin sözlərinə görə, “Azadlıq” bloku 2008-ci il prezident seçkiləri ilə bağlı payızdan konkret tədbirlər həyata keçirmək niyyətindədir. Blokun elektoratını səfərbər etmək məqsədilə sentyabrın əvvəlindən qurumda fəaliyyət göstərən üç partiyanın yerli təşkilatlarının birgə zona müşavirələri keçiriləcək. Müşavirələrdə blokun məqsədi, qarşısında duran vəzifələrlə bağlı yerlərdəki üzvlərə məlumat veriləcək və rayon təşkilatlarının gücləndirilməsi vəzifəsi qarşıya qoyulacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR