Bank Of Baku

49 saylı Yevlax-Mingəçevir DSK-nın yeni binasının açılışı olub

49 saylı Yevlax-Mingəçevir DSK-nın yeni binasının açılışı olub
# 31 avqust 2007 12:47 (UTC +04:00)
Bu gün 49 saylı Yevlax Mingəçevir Seçki Dairəsinin Dairə Seçki Komissiyasının (DSK) yeni binasının açılışı olub. APA-nın Qarabağ bürosunun məlumatına görə, mərasimdə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov və rayon İcra Hakimiyyətinin rəhbərliyi də iştirak edib. MSK sədri mərasimdə çıxış edib və DSK-lara yeni binaların tikilməsindən danışıb. Onun sözlərinə görə, bu vaxta qədər DSK-ların binasında normal iş şəraiti olmayıb. O, bununla bağlı ölkə rəhbərliyinə müraciət etdikdən sonra problemin həll olunduğunu vurğulayıb: “Artıq 60-dan yuxarı DSK üçün yeni bina tikilib. Bu proses ilin sonuna kimi davam edəcək və 125 dairənin hər biri üçün normal iş şəraiti yaradılacaq”. O, DSK-ların texniki avadanlıqlar, mebellə təmin olunacağını qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR