Bank Of Baku

Məzahir Pənahov: “Qeyri-qanuni dini cərəyanlar Dağlıq Qarabağdan da böyük problem yarada bilər”

Məzahir Pənahov: “Qeyri-qanuni dini cərəyanlar Dağlıq Qarabağdan da böyük problem yarada bilər”
# 31 avqust 2007 13:11 (UTC +04:00)
“Seçki Məcəlləsi ilə bağlı irəli sürülən təkliflərə münasibət bildirmək, həmin təklifləri dəyərləndirmək parlamentin səlahiyyətindədir. Digər tərəfdən, irəli sürülmüş təkliflərə baxmaq tezdir”. APA-nın Qarabağ bürosunun məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib. Seçki prosesinin müddətinin 4 aydan 2 aya endirilməsi ilə bağlı təkliflərə münasibət bildirməyən M. Pənahov hesab edir ki, istənilən şəxs və siyasi partiya müxtəlif təkliflərlə çıxış edə bilər: “Amma məsələni parlament həll edir”. M. Pənahov həmçinin DSK-larda kitabxanaların yaradılmasının və maarifləndirmənin vacib olduğunu deyib: “Amma insanların kitab oxuması əvəzinə, çoxlu sayda dini cərəyanlar yaranır, dini qurumların sayı günü-gündən artır. Ölkədə qeyri-qanuni dini cərəyanların yaranması gələcəkdə Dağlıq Qarabağdan da böyük problem yarada bilər. Ona görə də bu qeyri-qanuni cərəyanlara qarşı hüquq çərçivəsində mübarizə aparmaq lazımdır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR