Bank Of Baku

İraq türkmənlərinin siyasi liderləri Bakıya gələcək

İraq türkmənlərinin siyasi liderləri Bakıya gələcək
# 31 avqust 2007 15:06 (UTC +04:00)
Gələn həftə İraq türkmənlərinin siyasi liderləri Bakıya səfər edəcəklər. Bu barədə APA-ya Asiya Dialoqu İctimai Birliyindən bildirilib. Səfər türkmənlərin müraciəti əsasında Asiya Dialoqu İctimai Birliyinin və Qafqaz Media Tədris Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşəcək. İraqdan gələn heyətə İraq Türkmən Cəbhəsinin, o cümlədən bu təşkilata daxil olan Ədalət Partiyasının, Milliyyətçi Türkmənlər Topluluğunun və “Türkməneli” televiziyasının təmsilçiləri daxildirlər. Səfərin ilk günündə İraq türkmənlərinin vəziyyətinə həsr olunmuş “İraq türkmənləri və Azərbaycan” adlı simpozium keçiriləcək. Simpozium sentyabrın 4-də baş tutacaq. Tədbirə Azərbaycanın elmi dairələrinin təmsilçiləri, millət vəkilləri, qeyri-hökumət təşkilatları və media nümayəndələri, politoloqlar və KİV nümayəndələri iştirak edəcəklər. İraq türkmənlərinin liderləri Azərbaycan dövlət orqanlarının təmsilçiləri, media və ictimaiyyət nümayəndələri ilə görüşlər keçirəcəklər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR