Bank Of Baku

Novruz Məmmədov: “Prezidentin Litvaya səfəri zamanı Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu məsələsi müzakirə olunacaq”

Novruz Məmmədov: “Prezidentin Litvaya səfəri zamanı Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu məsələsi müzakirə olunacaq”
# 31 avqust 2007 17:28 (UTC +04:00)
Bu ilin sentyabrında Azərbaycan prezidenti İlham Əliyev Litvaya səfər edəcək. APA-nın məlumatına görə, bu barədə Prezidentin İcra Aparatının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib. O, Azərbaycanla Litva arasında münasibətlərin son illər xeyli inkişaf etdiyini deyib: “Həm Avropa strukturlarına inteqrasiya, həm ikitərəfli münasibətlərin inkişafı, həm də Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın özünəməxsus rolu var. Litva ilə əməkdaşlığımız da bu istiqamətlərdə qurulub. Bütün bu məsələlər kompleks şəkildə Azərbaycan prezidentinin səfəri çərçivəsində müzakirə olunacaq”. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR