Bank Of Baku

Novruz Məmmədov: “Rusiya Qəbələ RLS-dən imtina edərsə, Azərbaycan həmin stansiyanın gələcəyi ilə bağlı bir variant tapacaq”

Novruz Məmmədov: “Rusiya Qəbələ RLS-dən imtina edərsə, Azərbaycan həmin stansiyanın gələcəyi ilə bağlı bir variant tapacaq”
# 31 avqust 2007 17:42 (UTC +04:00)
APA-nın məlumatına görə, bu sözləri Prezidentin İcra Aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib. Rusiya ilə Qəbələ RLS-in istismarına dair 2012-ci ilə qədər müqavilə olduğunu xatırladan şöbə müdiri bildirib ki, imtina qərarı olarsa, bu barədə Azərbaycan tərəfi 6 ay əvvəldən məlumatlandırılmalıdır. Hazırda Qəbələ RLS-lə bağlı proseslərin davam etdiyini deyən Novruz Məmmədov sentyabrda ABŞ və Rusiya ekspertlərinin stansiyada monitorinq keçirəcəklərini bildirib: “Azərbaycan tərəfi də həmin səfərdə təmsil olunacaq. Hansı qəra veriləcəyini söyləmək tezdir. Azərbaycanın Qəbələ RLS-lə bağlı bütün proseslərdə iştirak etmək hüququ var. Ölkəmiz lazım olan anda öz mövqeyini bildirəcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR