Bank Of Baku

Avropa Şurasının İnsan Haqları üzrə Komissarının Azərbaycana səfər proqramı açıqlanıb

Avropa Şurasının İnsan Haqları üzrə Komissarının Azərbaycana səfər proqramı açıqlanıb
# 01 sentyabr 2007 09:43 (UTC +04:00)
Səfərin məqsədi Azərbaycan hakimiyyətinin Avropa Şurası qarşında götürdüyü öhdəlikləri yerinə yetirməsinin vəziyyətini, insan haqları ilə bağlı məsələləri, həmçinin, məhkəmə sisteminin müstəqilliyini, cəzaçəkmə müəssisələrinin vəziyyətini, söz azadlığını, Dağlıq Qarabağ münaqişəsi nəticəsində didərgin düşmüş insanların durumunu hərtərəfli qiymətləndirməkdir. Bundan başqa, uşaq hüquqları, qadınlara qarşı zorakılıq, əlillik və diskriminasiya kimi məsələlər də diqqətdə olacaq.
Səfər zamanı T. Hammarberq Gəncə və Sumqayıt səhərlərində də olacaq. O, müxtəlif polis məntəqələrində, cəzaçəkmə müəssisələrində, məcburi köçkünlər ucun sığınacaqlarda, həmçinin psixiatriya müəssisələrdə insan haqlarının vəziyyəti ilə maraqlanacaq. Səfərin yekunları ilə bağlı sentyabrın 7-də mətbuat konfransı keçiriləcək.
Azərbaycanla bağlı yekun məruzəsini isə T. Hammarberq bu ilin sonunda təqdim edəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR