Bank Of Baku

Valeh Ələsgərov XVII İqtisadi Forumda iştirak etmək üçün Polşaya gedəcək

Valeh Ələsgərov XVII İqtisadi Forumda iştirak etmək üçün Polşaya gedəcək
# 01 sentyabr 2007 10:16 (UTC +04:00)
Milli Məclis sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının sədri Valeh Ələsgərov XVII İqtisadi Forumda iştirak etmək üçün sentyabrın 4-də Polşaya gedəcək. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, V. Ələsgərov Azərbaycanda iqtisadi və enerji təhlükəsizliyi sahəsində görülən işlərdən danışacaq, müzakirə olunan məsələlərə münasibətini bildirəcək. Forum çərçivəsində vitse-spikerin Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovanın birgə iqtisadi maraqlarına dair çıxışı da nəzərdə tutulur. Krıntsa Zdruy şəhərində keçiriləcək tədbirə Mərkəzi və Şərqi Avropanın, Asiyanın və ABŞ-ın siyasi xadimləri, müxtəlif ölkələrin iqtisadiyyat üzrə alimləri və mətbuat nümayəndələri də qatılacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR