Bank Of Baku

Azərbaycan Daxili İşlər Nazirliyi Ramil Usubovun Naxçıvanda səfərdə olmaması barədə xəbərləri təkzib edib

Azərbaycan Daxili İşlər Nazirliyi Ramil Usubovun Naxçıvanda səfərdə olmaması barədə xəbərləri təkzib edib
# 01 sentyabr 2007 10:23 (UTC +04:00)
Azərbaycan daxili işlər naziri general-polkovnik Ramil Usubov bu il avqustun 28-də Naxçıvan Muxtar Respublikasında (MR) səfərdə olub, Şərur Rayon Polis Şöbəsinin (RPŞ) yeni inzibati binasının açılış mərasimində iştirak edib. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov məlumat verib. E. Zahidov bildirib ki, mərasimdə R. Usubovla bərabər Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov və daxili işlər naziri general-leytenant Əhməd Əhmədov da iştirak ediblər. MR-da kriminogen vəziyyət barədə hesabat məruzəsi ilə çıxış edən Ə. Əhmədov Naxçıvanda durumun nəzarət altında olduğunu bildirib. R. Usubov daxili işlər orqanlarında həyata keçirilən islahatlar, polisə olan dövlət qayğısı barədə məlumat verib. MR Ali Məclisinin sədri isə respublikada son zamanlarda görülən işlər barədə danışaraq, Naxçıvan polisinə göstərilən maddi və texniki yardımla bağlı R. Usubovun əməyini yüksək qiymətləndirib. Bundan sonra R. Usubov dörd xidməti avtomobilin açarlarını RPŞ əməkdaşlarına təqdim edib. E. Zahidov bildirib ki, mətbuatda R. Usubovun Naxçıvana buraxılmaması barədə yayılmış məlumat uydurmadır.
Qeyd edək ki, “Azadlıq” qəzetində R. Usubovun Naxçıvana planlaşdırılan səfərinin baş tutmadığı, bunu V. Talıbovun əngəllədiyi, hətta polislərə maşınları Ali Məclis sədrinin özünün təqdim etdiyi yazılıb.
Onu da qeyd edək ki, APA-nın Naxçıvan bürosu R. Usubovun MR-a səfər etdiyi barədə xəbər yayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR