Bank Of Baku

Ahıska türklərinin beynəlxalq “Vətən” Cəmiyyətinin sədri Azərbaycana gələcək

Ahıska türklərinin beynəlxalq “Vətən” Cəmiyyətinin sədri Azərbaycana gələcək
# 01 sentyabr 2007 11:10 (UTC +04:00)
Ahıska türklərinin beynəlxalq “Vətən” Cəmiyyətinin sədri Süleyman Barqakadze gələn həftənin sonu Azərbaycana səfərə gələcək. Cəmiyyətin Azərbaycan bölməsinin rəhbəri İbrahim Burhanov APA-ya bildirib ki, S. Barqakadze Ahıska türklərinin kompakt yaşadığı ərazilərdə olacaq, onların Gürcüstana dönməsi ilə bağlı müzakirə aparacaq. S. Barqakadzenin hökumət və dövlət rəsmiləri ilə görüşləri də nəzərdə tutulub.
Qeyd edək ki, beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərə uyğun olaraq Gürcüstan hökuməti 1944-cü ilin noyabrında öz tarixi torpaqlarından sürgün olunmuş Ahıska türklərinin geri qaytarılması üçün qanun qəbul edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR