Bank Of Baku

Üçtərəfli komissiyanın Qəbələ RLS-ə planlaşdırılan səfərinin tarixi ilə bağlı ABŞ-la Rusiya arasında fikir ayrılığı yaranıb

Üçtərəfli komissiyanın Qəbələ RLS-ə planlaşdırılan səfərinin tarixi ilə bağlı ABŞ-la Rusiya arasında fikir ayrılığı yaranıb
# 01 sentyabr 2007 11:29 (UTC +04:00)
Bu barədə APA-ya ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Conatan Henik məlumat verib. Onun sözlərinə görə, Rusiya üçtərəfli ekspert komissiyasının sentyabrın 15-də, ABŞ isə başqa bir tarixdə Azərbaycana səfər etməsini təklif edir: “Ona görə də hələlik səfərin vaxtını dəqiqləşdirmək mümkün olmayıb”.
Xatırladaq ki, ötən gün Bakıda olan Rusiya baş nazirinin müavini Sergey Narışkin bildirib ki, Bakıda Qəbələ RLS-dən birgə istifadə ilə bağlı ABŞ, Rusiya və Azərbaycan arasında üçtərəfli məsləhətləşmələrin keçirilməsi planlaşdırılır. O, sentyabrın 15-də hər üç ölkə ekspertlərinin birgə işə başlamasını gözlədiklərini deyib. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR