Müxalifət partiyasının sədrləri niyə hadisə yerində görünmədilər?
Azərbaycan Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədov hadisə baş verən vaxt ərazinin yaxınlığında olduğunu bildirib. Uçqun barədə kifayət qədər məlumatlı olduğunu deyən E. Məmmədov hesab edir ki, həmin məqamda siyasi liderlərin əraziyə getməsinə ehtiyac yoxdur: “Hadisə baş verən ərazidə mütəxəsislər işləməlidir. Kiminsə orada şəkil çəkdirməyə gəlməsinə ehtiyac yoxdur. Digər ölkələrdə isə partiya liderlərinin və sədrlərin xüsusi statusları olur. Bizdə isə müxalifətdə olanların heç bir statusu yoxdur, statusu olanlar da statuslarından istifadə edə bilmirlər”.
Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu isə bildirir ki, bir sıra müxalifət liderləri belə addımları yalnız şəkil çəkdirmək üçün edirlər: “Onlar toya və yaxud yasa da bu prinsiplə gedirlər. Amma reklam üçün addım atmayanlar da var. İnanıram ki, hadisə baş verən yerə bir sıra müxalifət liderləri gedib. Hadisə baş verən gün mən də həmin ərazidə olmuşam və yaxından maraqlanmışam”.
Azərbaycan Sosial Demokrat Partiyasının həmsədri Araz Əlizadə isə cərahiyyə əməliyyatı olduğu üçün uçqun baş verən əraziyə gedə bilmədiyini deyib.
Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı isə hadisə baş verdikdən dərhal sonra ərazidə olduğunu deyib: “Bununla bağlı partiyanın Divanı toplandı və məsələyə münasibət bildirildi”. Partiya başqanı İsa Qəmbərin ərazidə olmamasına gəldikdə A. Hacılı “Ola bilsin ki, İsa bəy də orada olub, amma mənim xəbərim yoxdur” deyib.
Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı hadisə yerində iki dəfə olunduğunu və yaxından maraqlandığını deyib. Onun sözlərinə görə, həmin günlər əraziyə yaxın buraxılmadığı üçün hadisəni yalnız kənardan izləyib və əhali ilə söhbət edib.
Millət vəkili Pənah Hüseyn isə hadisə baş verən vaxt Dövlət Statistika Komitəsinin yaxınlığında olduğunu və hadisədən dərhal xəbər tutduğunu deyib: “Amma həmin vaxt orada vəziyyət elə idi ki, deputatın və yaxud siyasi liderin orada görünməsi hadisəyə siyasi çalar verərdi. Xilasedicilər işləyən vaxt orada olmaq isə etik cəhətdən düzgün olmazdı”.
Azərbaycan Liberal Partiyasının İcraiyyə Komitəsinin sədri Elman Məmmədzadə partiyanın lideri Lalə Şövkətin hadisə yerinə getməsinə ehtiyac olmadığını deyib. Onun sözlərinə görə, hadisə baş verən yerə siyasilərin yox, mütəxəsislərin getməsi vacibdir: “Siyasilərin həmin əraziyə getməsi hadisəyə siyasi rəng verə bilər”.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli Bakıdan kənarda, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə İsveçə səfərə getdiyi üçün hadisə yerinə gələ bilməyiblər. /APA/
Daxili siyasət
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
İyulda nazir və komitə sədrlərinin vətəndaş qəbulu CƏDVƏLİ
PA Vətəndaş Qəbulu Mərkəzində iyul ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Milli Məclisin komitələrində ictimai dinləmə və müzakirə EHİS üzərindən təşkil edilə biləcək
Xəbər Lenti
Tramp İran dronlarının Hörmüz boğazından keçən gəmilərə hücum etdiyini bildirib
Gürcüstan parlamentinin iclasında dava düşüb - FOTO
Xəstəxanaya yerləşdirilən Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb
Nazir: Hörmüz boğazında qalan Türkiyə gəmiləri bölgədən ayrılıb
Kadir İnanır vəfat edib
Putin Lukaşenko ilə görüşüb
Putin orduda müqavilə əsasında xidmət edən əcnəbilərin deportasiyasını qadağan edib
İsrail ordusu: Livanın cənubunda 7 "Hizbullah" üzvü öldürülüb
Türkiyədə fişəng fabrikində partlayış baş verib, ölən və xəsarət alan var
Fransada anomal istilərdə ölənlərin sayı 55-ə çatıb
FHN: İsmayıllıda suvarma kanalında batan gəncin meyiti tapılıb - VİDEO - YENİLƏNİB
Bəqai: ABŞ və KƏŞ-in birgə bəyanatı həqiqətin təhrif edilməsidir
“Rosatom” Buşehr AES-ə işçilərini yaxın həftələrdə qaytarmağı planlaşdırır
Pekində təyyarə hündürlüyü 528 metr olan göydələnə çırpılıb - VİDEO
İsrailin müdafiə naziri İranı hədələyib: Heç nə bizi dayandıra bilməz
Silahlı Qüvvələr Günündə Müdafiə Nazirliyində yeni obyektlər istifadəyə verilib
Lukaşenko Putinlə görüşmək üçün Rusiyaya gedib
Rusiya XİN vətəndaşlarına Moldovaya səfərdən çəkinməyi tövsiyə edib
Venesuelada zəlzələdə ölənlərin sayı 600-ə çatıb, 3000-ə yaxın yaralı var - VİDEO - YENİLƏNİB-4
Azərbaycan və İtaliya XİN rəhbərlərinin telefon danışığı olub
“Kristal” “City Garden Narimanov” layihəsində yeni mərhələni satışa təqdim etdi - Faizsiz kredit və ipoteka imkanları!
Səfərbərlik Xidmətinin rəisi Mürsəl İbrahimov: Üç il ərzində 500-dən çox əməkdaş intizam məsuliyyətinə cəlb olunub - ANONS
DSMF sədri Gürcüstan Sosial Xidmət Agentliyinin direktoru ilə görüşüb
Müdafiə naziri yeni generallara rütbələrini təqdim edib - FOTO
Ceyhun Sultanov “Araz-Naxçıvan”ın prezidenti təyin edilib
Baş katib: Ermənistanın MDB-dən çıxmasından söhbət getmir, təşkilatda qalacaqlar
Avropa Komissiyasının Prezidenti gələn həftə Azərbaycana səfər edəcək
Rusiyanın sabiq müdafiə naziri Sergey İvanov vəfat edib
MN-in rəhbər heyəti Fəxri Xiyaban, Zəfər parkı və Hərbi Memorial Məzarlığı ziyarət edib
Moskvada MDB İqtisadi Şurasının iclası keçirilib, Ermənistan yüksək səviyyəli nümayəndə göndərməyib - FOTO
Rusiya ilə Ukrayna arasında “160-ın 160-a” formatında əsir mübadiləsi olub
Abşeronda 122 motoxuliqan saxlanılıb - VİDEO
DİN: İtkin düşən 6 nəfər tapılıb
Kür və Araz çaylarında sululuq artacaq, subasma halları ehtimal olunur - XƏBƏRDARLIQ
Bastrıkin Rusiyada 12 yaşından cinayət məsuliyyətinin tətbiqi ideyasından danışıb
Cənubi Koreya İran və ABŞ arasında əldə olunmuş razılaşmanı alqışlayır
Tehran Hörmüzdən keçidin İranla koordinasiya olmadan təmin edilə bilməyəcəyini bildirir
Yanacaq böhranı yaşanan Krım və Sevastopolda fövqəladə vəziyyət elan edilib
"Neftçi" Vernidubla müqavilənin müddətini uzadıb
Kreml ABŞ-ı Ukrayna münaqişəsinin həllində tamamilə neytral vasitəçi hesab etmir
Bank əmanətçilərinin depozit gəlirləri beş ayda 600 mln. manatı ötüb
Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbçilərin yürüşü keçirilib - FOTO - YENİLƏNİB
Lavrov Rubionun Alyaskadakı danışıqlar barədə sözlərinə cavab verib
Azərbaycan Ordusu – müstəqilliyin, suverenliyin və milli iradənin rəmzi - TƏHLİL
Moldova səfiri Rusiya XİN-ə çağırılıb, nota təqdim edilib
Bakıya və rayonlara leysan yağacaq - SABAHIN HAVASI
Həştərxanın vitse-qubernatoru: Biz Azərbaycanın dostlarıyıq və hər zaman onun yanındayıq
Sumqayıtda “Vida yeri-Lələtəpə” sənədli filminin təqdimatı keçirilib - FOTO