Bank Of Baku

Azərbaycanda səfərdə olan Avropa Şurasının İnsan Haqları üzrə Komissarı bir qrup hüquq müdafiəçisi ilə görüşüb

Azərbaycanda səfərdə olan Avropa Şurasının İnsan Haqları üzrə Komissarı bir qrup hüquq müdafiəçisi ilə görüşüb
# 03 sentyabr 2007 07:59 (UTC +04:00)
APA-nın məlumatına görə, görüşdə hüquq müdafiəçilərindən Səidə Qocamanlı, Zəlihə Tahirova və Elçin Behbudov iştirak ediblər. Görüşdən sonra jurnalistlərə açıqlama verən S. Qocamanlı bildirib ki, qonağı daha çox Azərbaycanda söz azadlığının vəziyyəti, siyasi məhbus problemi, seçki öncəsi ictimai-siyasi vəziyyət, həbsxanalardakı durum, məhbusların saxlanma şəraiti və işgəncə faktları maraqlandırıb. Azərbaycandakı işgəncə faktlarına dair 6 aylıq hesabat T. Hammarberqə təqdim olunub: “Qonağı maraqlandıran bütün suallara cavab verildi. Həbsdə olan 7 jurnalistin Milli Mətbuat Günündə əfv fərmanı ilə azadlığa buraxılmadığını, onlardan Eynulla Fətullayevin və Fərəməz Novruzoğlunun səhhətində problem yarandığını diqqətə çatdırdıq. Xahiş etdik ki, cənab Hammarberq həm onlara, həm də həbsxanalardakı digər xəstə məhbuslara baş çəksin”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR