Bank Of Baku

Əli Əliyev: “Müxalifətin Məşvərət Şurası ilə “Azadlıq” bloku arasında əməkdaşlıq mümkündür”

Əli Əliyev: “Müxalifətin Məşvərət Şurası ilə “Azadlıq” bloku arasında əməkdaşlıq mümkündür”
# 03 sentyabr 2007 09:01 (UTC +04:00)
“Müxalifət partiyalarının yeni Məşvərət Şurası yaratması yaxşı haldır. Amma partiyaların əməkdaşlığının konkret məqsədləri olmayacaqsa, effekt verməyəcək. Buna görə də biz daha sıx inteqrasiyanın tərəfdarıyıq”. Bunu APA-ya açıqlamasında “Azadlıq” blokunun Sədrlər Şurasının üzvü, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev bildirib. Onun sözlərinə görə, “Azadlıq” bloku konkret məqsədləri olan və sırf müxalifət mövqeyindən çıxış edən, öz prinsiplərindən dönməyən yeganə müxalifətyönlü ittifaqdır. Bununla bərabər, seçkilər öncəsi digər müxalifətyönlü partiyalarla da əməkdaşlığın vacib olduğunu deyən Ə. Əliyev hesab edir ki, bu barədə 2008-ci ildə danışmaq olar: “Ayrı-ayrı məsələlərlə bağlı Məşvərət Şurası ilə “Azadlıq” bloku arasında əməkdaşlıq ola bilər. Digər tərəfdən, şuranın konkret hədəfləri olmasa da, müxalifətyönlü partiyaların bir araya gəlib müzakirələr aparmasını müsbət qiymətləndiririk”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR