Bank Of Baku

Avropa Şurasının insan haqları üzrə komissarı Tomas Hammarberqin Bakıda görüşləri davam edir

Avropa Şurasının insan haqları üzrə komissarı Tomas Hammarberqin Bakıda görüşləri davam edir
# 03 sentyabr 2007 09:32 (UTC +04:00)
Azərbaycanda səfərdə olan Avropa Şurasının insan haqları üzrə komissarı Tomas Hammarberqin görüşləri davam edir. APA-nın məlumatına görə, komissar Media Hüquqları İnstitutunun direktoru Rəşid Hacılı, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbəri Emil Hüseynli, “Gündəlik Azərbaycan” qəzetinin əməkdaşı Üzeyir Cəfərov ilə görüşüb. Görüşdən sonra jurnalistlərə açıqlama verən R. Hacılı bildirib ki, Tomas Hammarberq Azərbaycanla bağlı lazım olan məlumatları əvvəlcədən toplayıb: “Qonaq Azərbaycanla bağlı kifayət qədər məlumatlı şəxsdir. Görüşdə onu maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Görüşdə, həmçinin, radio və televiziyaların tezlikləri, internet sahəsində olan problemlərə toxunuldu”. Bundan başqa görüşdə mətbuat-məhkəmə çəkişmələri, diffamasiya haqqında qanun layihəsi müzakirə olunub, “Gündəlik Azərbaycan” qəzetinin baş redaktoru Eynulla Fətullayevin həbsinin səbəbləri, səhhətində yaranmış problemlərə toxunulub. Qonaq Tomas Hammarberq media təmsilçilərindən sonra politoloqlar Zərdüşt Əlizadə, Rasim Musabəyov və Hikmət Hacızadə ilə görüşüb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR