Bank Of Baku

NATO-nun Cənubi Qafqaz üzrə əlaqələndiricisi dəyişdirilib

NATO-nun Cənubi Qafqaz üzrə əlaqələndiricisi dəyişdirilib
# 03 sentyabr 2007 10:20 (UTC +04:00)
NATO rəhbərliyi Cənubi Qafqaz üzrə yeni əlaqələndirici təyin edib. APA-nın xəbərinə görə, bunu jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Xəzər İbrahim deyib. X. İbrahim bildirib ki, bu vəzifəyə 3 il müddətinə polşalı diplomat Zbiqnev Rıbaçku təyin edilib. NATO-nun baş katibi Azərbaycanın xarici işlər nazirinə göndərdiyi məktubunda bu haqda məlumat verib. Z. Rıbaçkunun son iş yeri NATO-nun Ukraynadakı əlaqələndiricisi vəzifəsi olub. Polşalı diplomat bu yaxınlarda regiona tanışlıq səfəri edəcək. Qeyd edək ki, NATO-nun Cənubi Qafqaz üzrə əvvəlki əlaqələndirici Romualds Razus idi. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR