Bank Of Baku

Bu gün Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşəcək

Bu gün Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşəcək
# 03 sentyabr 2007 10:21 (UTC +04:00)
Bunu jurnalistlərə XİN mətbuat xidmətinin rəhbəri Xəzər İbrahim deyib. Onun sözlərinə görə, Brüsselə Avropa İttifaqının qonşuluq siyasəti ilə bağlı keçirilən konfransda iştirak etmək üçün gedən E. Məmmədyarov ikitərəfli görüşlər də keçirir. O, dünən Polşa və Litvanın xarici işlər nazirləri, bu gün isə Estoniya və Çexiyanın xarici işlər nazirləri, Avropa İttifaqının ali komissarı Benita Ferrera Valdner ilə görüşəcək, yerli jurnala müsahibə verəcək.
E. Məmmədyarov Brüsseldən birbaşa Xorvatiyaya rəsmi səfərə gedəcək. İkigünlük səfər zaman o, Xorvatiyanın prezidenti və xarici işlər naziri ilə görüşlər keçirəcək, Ticarət Palatasında, iqtisadiyyat, əmək və sahibkarlıq nazirliklərində geniş tərkibli görüşlər keçirəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR