Bank Of Baku

Rusiyanın Gürcüstandakı hərbi bazalarından çıxarılmış silah və hərbi texnikanın bir hissəsi Ermənistan-Azərbaycan sərhədində və işğal olunmuş ərazilərdə yerləşdirilir

Rusiyanın Gürcüstandakı hərbi bazalarından çıxarılmış silah və hərbi texnikanın bir hissəsi Ermənistan-Azərbaycan sərhədində və işğal olunmuş ərazilərdə yerləşdirilir
# 03 sentyabr 2007 10:24 (UTC +04:00)
Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib. Həmin atıcı silahların və hərbi texnikaların Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanla dövlət sərhədində yerləşən İcevan, Berd, Tavuş, Vardenis və s. rayonlarında, həmçinin Dağlıq Qarabağda - Xankəndi, Əsgəran, Ağdərə rayonlarında, Xocalı şəhəri və Hadrut qəsəbəsindəki hərbi hissələrin balansına daxil edildiyi bildirilir. Mənbənin bildirdiyinə görə, Axalkələkdəki 62-ci bazadan Ermənistana göndərilmiş özüyeriyən artilleriya qurğularının bir hissəsi isə erməni ordusuna “bağışlanıb”. Həmin texnikalar Azərbaycanın Qazax rayonu ilə həmsərhəd olan İcevan rayonundakı hərbi hissənin texnika parkına daxil edilib.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Səfərov da APA-ya açıqlamasında Gürcüstandan göndərilmiş silahların və hərbi texnikanın bir hissəsinin Ermənistan-Azərbaycan dövlət sərhədində və Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilməsi faktını təsdiqləyib. Nazirlik rəsmisinin sözlərinə görə, Avropada Adi Silahlar haqqında Cinah Sazişini pozan Ermənistan Gürcüstandakı Rusiya hərbi bazasından çıxarılan silah və texnika hesabına arsenalını dəfələrlə artırıb: “Ermənistan bununla regionda hərbi qüvvələr nisbətini pozur. Öz növbəmizdə biz də Ermənistanın bu addımına qarşı alternativ tədbirlər görür, Silahlı Qüvvələrimizi gücləndirir və müasir silahlar və yeni texnikalar alırıq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR