Bank Of Baku

110 saylı Zaqatala və 111 saylı Zaqatala-Balakən DSK-ların yeni inzibati binalarının açılış mərasimi keçirilib

110 saylı Zaqatala və 111 saylı Zaqatala-Balakən DSK-ların yeni inzibati binalarının açılış mərasimi keçirilib
# 03 sentyabr 2007 11:09 (UTC +04:00)
Bu gün 110 saylı Zaqatala və 111 saylı Zaqatala-Balakən Dairə Seçki komissiyalarının (DSK) yeni inşa olunmuş inzibati binalarının açılışı olub. Açılış mərasiminə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov və Prezident Aparatının məsul əməkdaşı Habil Əzəmətov qatılıb. Tədbirdə çıxış edən Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov hər iki DSK binasının qısa müddətdə Dövlət Neft Şirkətinin vəsaiti hesabına tikildiyini və hər iki binanın müasir texnologiya ilə təchiz edildiyini vurğulayıb.
Daha sonra tədbirdə çıxış edən MSK sədri M. Pənahov iki DSK binasının tikilib istifadəyə verilməsinin əlamətdar hadisə olduğunu söyləyib. O, respublikada 125 seçki dairəsinin fəaliyyət göstərdiyini və son üç ay ərzində 20 DSK üçün yeni inzibati binaların tikilərək istifadəyə verildiyini vurğulayıb. Bu göstəricinin ilin sonunadək 60-a çatdırılacağını söyləyən M. Pənahov seçki məntəqələri üçün də yaxın zamanlarda yeni binaların tikiləcəyini bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR