Bank Of Baku

Azərbaycan Milli Məclisinin sədri Koreya Respublikasına rəsmi səfərə yola düşüb

Azərbaycan Milli Məclisinin sədri Koreya Respublikasına rəsmi səfərə yola düşüb
# 03 sentyabr 2007 11:34 (UTC +04:00)
Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, nümayəndə heyətinə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, deputatlardan Eldar Quliyev, Fəttah Heydərov və şəxslər daxildir. Parlament sədrinin Koreya prezidenti Ro Mu-Hyun, Milli Assambleyanın sədri Lim Çae-Çanq, eləcə də xarici işlər və energetika nazirləri ilə görüşləri nəzərdə tutulur. Görüşlərdə ölkələr və qanunverici orqanlar arasında siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılacaq. Səfər çərçivəsində, nümayəndə heyətinin üzvləri “New-İncheon” qazla kombinə edilmiş Elektrik Stansiyası, Seul şəhər nəqliyyatının idarə olunması mərkəzi, Koreyanın Ticarət-İnvestisiya Təşviqi Agentliyi və bu ölkənin dünyada tanınmış bir sıra şirkətləri ilə tanış olacaqlar. Səfər sentyabrın 6-da başa çatacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR