Bank Of Baku

İslam Partiyasının Baş Məclisinin toplantısı oktyabrda keçiriləcək

İslam Partiyasının Baş Məclisinin toplantısı oktyabrda keçiriləcək
# 03 sentyabr 2007 13:14 (UTC +04:00)
İslam Partiyasının Baş Məclisinin toplantısı oktyabrın sonunda keçiriləcək. Bu barədə APA-ya məlumat verən Azərbaycan İslam Partiyasının (AİP) sədr müavini Vaqif Abdullayev bildirib ki, toplantıda partiyanın prezident seçkiləri ilə bağlı mövqeyi müəyyən olunacaq və qurumun rəhbər vəzifələrinə seçkilər keçiriləcək. O, Baş Məclisin toplantısınadək rəhbər postları tutanların öz vəzifələrini icra etməkdə davam edəcəklərini də deyib. Qeyd edək ki, AİP-in iyulda keçirilən sonuncu qurultayında partiyanın sədri Hacıağa Nuri şəxsi problemləri ilə bağlı istefa verib və bu vəzifəyə Mövsüm Səmədov seçilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR