Bank Of Baku

BAXCP İdarə Heyətinin toplantısı keçirilib

BAXCP İdarə Heyətinin toplantısı keçirilib
# 03 sentyabr 2007 13:16 (UTC +04:00)
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) İdarə Heyətinin toplantısı keçirilib. BAXCP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda partiyanın ölkə Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı yaradılan işçi qrupunun hesabatı dinlənilib. Qeyd olunub ki, bu barədə təkliflər bütün siyasi təşkilatların rəhbərlərinə və müvafiq dövlət orqanlarına göndərilib. İdarə Heyəti Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı layihənin geniş müzakirəyə çıxarılması haqda qərar qəbul edib. Sentyabrın 12-də isə bununla bağlı dəyirmi masa keçirilməsi nəzərdə tutulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR