Bank Of Baku

Prezident seçkiləri ərəfəsində “Azadlıq” blokunun tərkibi genişlənə bilər

Prezident seçkiləri ərəfəsində “Azadlıq” blokunun tərkibi genişlənə bilər
# 03 sentyabr 2007 15:23 (UTC +04:00)
Növbəti prezident seçkiləri ərəfəsində “Azadlıq” blokunun tərkibi genişlənə bilər. Bu barədə APA-ya blokun Sədrlər Şurasının üzvü, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev məlumat verib. Onun sözlərinə görə, prezident seçkiləri ilə bağlı “Azadlıq” bloku əvvəldən elan etdiyi prinsipial mövqedə dayanıb və bundan geri çəkilmək niyyətində deyil. İndiki mərhələdə bir sıra siyasi qüvvələrin mövqeyinin bəlli olmadığını deyən partiya sədrinin sözlərinə görə, seçkilər yaxınlaşdıqca partiyaların addımları daha da konkretləşəcək: “Yalnız bundan sonra hansısa partiyaların mövqeyi “Azadlıq”ın siyasəti ilə üst-üstə düşərsə, o zaman blokun tərkibi məhz həmin partiyaların hesabına genişlənə bilər. Seçkilər ərəfəsində blokda bu barədə müzakirələr aparılacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR