Bank Of Baku

Elmar Məmmədyarov “Birlikdə işləyərək Avropa Qonşuluq Siyasətini gücləndirək” adlı beynəlxalq konfransda çıxış edib

Elmar Məmmədyarov “Birlikdə işləyərək Avropa Qonşuluq Siyasətini gücləndirək” adlı beynəlxalq konfransda çıxış edib
# 03 sentyabr 2007 16:04 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Brüsselə işçi səfər edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazir Avropa Komissiyasının təşəbbüsü ilə keçirilən “Birlikdə işləyərək Avropa Qonşuluq Siyasətini gücləndirək” adlı beynəlxalq konfransda iştirak edib. Xarici işlər nazirləri səviyyəsində keçirilən konfransa Avropa Qonşuluq Siyasətində iştirak edən 16 ölkə ilə yanaşı, Avropa Birliyinin 27 üzv dövlətinin nümayəndələri də qatılıb. Toplantıda çıxış edən E. Məmmədyarov AQS çərçivəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb. O, AB-Azərbaycan Fəaliyyət Planının Azərbaycanda həyata keçirilən islahatlar strategiyasının bir hissəsini təşkil etdiyini söyləyərək AQS-nin daha da təkmilləşdirilməsinə dair bir sıra təkliflər irəli sürüb.
Səfər çərçivəsində E. Məmmədyarov Avropa Komissiyasının xarici əlaqələr və qonşuluq siyasəti üzrə komissarı Benita Ferrero-Valdnerlə görüş keçirib. Görüş zamanı AB ilə Azərbaycan arasında əməkdaşlığın cari vəziyyəti müzakirə edilib və ikitərəfli münasibətlərin inkişaf yollarına dair fikir mübadiləsi aparılıb. E. Məmmədyarov Çexiya, Estoniya və Kiprin xarici işlər nazirləri ilə də ikitərəfli görüşlər keçirib. Nazir sentyabrın 2-də Litva və Polşa xarici işlər nazirlərinin dəvəti ilə axşam ziyafətində iştirak edib. Ziyafətə Macarıstan, Çexiya, Polşa, Slovakiya, Litva, Latviya, Estoniya, Ukrayna, Moldova, Gürcüstan və Ermənistan xarici işlər nazirləri də qatılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR