Bank Of Baku

Ombudsman Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarını qəbul edib

Ombudsman Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarını qəbul edib
# 03 sentyabr 2007 17:16 (UTC +04:00)
Bu gün Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Tomas Hammarberqi qəbul edib. Ombudsman Aparatından APA-ya daxil olan məlumata görə, görüşdə Azərbaycanda insan hüquqlarının vəziyyəti, insan hüquqları və söz azadlığı barədə müzakirələr aparılıb. E. Süleymanova Ombudsman Aparatının fəaliyyəti barədə məlumat verib. T. Hammarberq isə Azərbaycanda söz azadlığı və həbsdə olan KİV nümayəndələri ilə bağlı narahatlığını bildirib. Ombudsman mediadakı vəziyyətin diqqətində olduğunu, Milli Mətbuat günü ərəfəsində məhkum jurnalistlərlə görüşdüyünü, onların əfvi ilə bağlı Prezident yanında Əfv Komissiyasına müraciət etdiyini vurğulayıb. E. Süleymanova daxili işlər orqanlarında və penitensiar sistemdə aparılan köklü islahatlar nəticəsində müvəqqəti saxlanılma və istintaq təcridxanalarında, cəzaçəkmə müəssisələrində saxlanılma şəraitinin yaxşılaşdırıldığını, zorakılıq hallarının azaldığını bildirib. O, bu günə qədər 8 amnistiya aktı, 42 əfv fərmanının imzalandığını da diqqətə çatdırıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR