Bank Of Baku

Azərbaycanda səfərdə olan Tomas Hammarberq məcburi köçkünlərlə də görüşəcək

Azərbaycanda səfərdə olan Tomas Hammarberq məcburi köçkünlərlə də görüşəcək
# 04 sentyabr 2007 08:41 (UTC +04:00)
Avropa Şurasının insan haqları üzrə komissarı Tomas Hammarberq Sabirabad, Biləsuvar, İmişli və Sumqayıtda yerləşən qaçqın şəhərciklərinə səfər edəcək. Bu barədə APA-ya Avropa Şurasının Bakı ofisindən məlumat verilib. T. Hammarberq qaçqın şəhərciklərinə Gəncədən qayıdarkən baş çəkəcək. Səfər proqramına görə, komissar bu gün Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi və Vəkillər Kollegiyasında görüşlər keçirəcək, sabah isə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, səhiyyə naziri Oqtay Şirəliyev, baş prokuror Zakir Qaralov, baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla görüşlər keçirəcək, axşam Gəncəyə yola düşəcək. Burada T. Hammarberq Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla görüşəcək, şəhər məhkəməsi, həbsxana, xəstəxana və kimsəsiz uşaqların məskunlaşdığı mərkəzə baş çəkəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR