Bank Of Baku

Rusiya Müdafiə Nazirliyi: “ABŞ, Rusiya və Azərbaycan ekspertlərinin Qəbələ RLS-ə səfəri sentyabrın 15-də gerçəkləşəcək”

Rusiya Müdafiə Nazirliyi: “ABŞ, Rusiya və Azərbaycan ekspertlərinin Qəbələ RLS-ə səfəri sentyabrın 15-də gerçəkləşəcək”
# 04 sentyabr 2007 08:48 (UTC +04:00)
Onun sözlərinə görə, Moskva amerikalı ekspertlərin stansiyaya baxış keçirməsinin yekun nəticələrə təsir göstərəcəyinə ümidvardır: “Hesab edirik ki, amerikalı ekspertlərin stansiyaya baxış keçirməsi müəyyən nəticələr verəcək və bu ekspertlər stansiyanın imkanlarının qiymətləndirəcəklər. Rusiya prezidentinin irəli sürdüyü konsepsiya kifayət qədər arqumentləşdirilib. Bu konsepsiya ABŞ-ın Şərqi Avropada raket hücumundan müdafiə sistemi quraşdırmağa vadar edən təhlükələrin qarşısını almağa imkan verir. Fikrimcə, amerikalı ekspertlər Rusiya təklifinə laqeyd yanaşmayacaq, belə olan halda onlar bizim yanaşmanın effektivliyinə əmin ola bilərlər”. Sergey Lavrov məsləhətləşmələrin ilk raundunun Vaşinqtonda keçirildiyini, növbəti raundun isə Moskvada baş tutacağını bildirib. Ekspertlər bu məsləhətləşmələrin nəticələrini yekunlaşdıraraq öz nazirlərinə məruzə edəcəklər. Rusiya Müdafiə Nazirliyindən APA-ya bildiriblər ki, ekspertlərin Qəbələ radiolokasiya stansiyasına səfəri sentyabrın 15-nə nəzərdə tutulub. Hazırda səfərə hazırlıq işləri gedir. Səfərdə Rusiya tərəfdən birbaşa Müdafiə Nazirliyinin təmsilçiləri deyil, Rusiya Kosmik Qoşunlarının ekspertləri iştirak edəcəklər. Rusiya Kosmik Qoşunlarının mətbuat xidmətindən APA-ya bildiriblər ki, səfərdə jurnalistlərin iştirakı nəzərdə tutulmur. ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Conatan Henik isə APA-ya bildirib ki, səfirlik öz nümayəndələri ilə əlaqə saxlayıb və səfərin sentyabrın 15-də gerçəkləşəcəyi faktı təsdiqlənmir. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR