Bank Of Baku

Azərbaycanlı kursant Latviyadakı dalğıc məktəbində başlayan beynəlxalq hazırlıq kursunda iştirak edir

Azərbaycanlı kursant Latviyadakı dalğıc məktəbində başlayan beynəlxalq hazırlıq kursunda iştirak edir
# 04 sentyabr 2007 09:05 (UTC +04:00)
Latviya Hərbi Dəniz Qüvvələrinin Təlim Mərkəzinin dalğıc məktəbində dalğıc hazırlığı üzrə beynəlxalq hazırlıq kursu başlayıb. Latviyanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, kursda Azərbaycan təmsilçisi də iştirak edir. Onun təlimi Latviyanın təşəbbüsü ilə Cənub Qafqaz bölgəsinin təhlükəsizliyinin möhkəmləndirilməsi proqramı çərçivəsində təşkil olunub. Kursa qəbul imtahanları Azərbaycanda 13-15 avqustda, Latviyada isə 30-31 avqustda aparılıb. İmtahanda abituriyentlərin fiziki hazırlığı və ingilis dili bilgisi yoxlanılıb. Latviya, Estoniya və Azərbaycandan seçilmiş kursantlar 5 həftə ərzində sualtı axtarış, gəmilərin su altındakı hissəsinə baxış keçirilməsi və təmir aparılması üçün lazı olan bacarıqlara yiyələnəcəklər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR