Bank Of Baku

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzi avqustda dünyada baş vermiş önəmli hadisələrlə bağlı hesabatını açıqlayıb

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzi avqustda dünyada baş vermiş önəmli hadisələrlə bağlı hesabatını açıqlayıb
# 04 sentyabr 2007 10:27 (UTC +04:00)
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzi (STİM) avqust ayında Azərbaycanda, regionda və dünyada baş vermiş önəmli hadisələrlə bağlı hesabatını açıqlayıb. Bu məqsədlə mərkəzin rəhbəri Mübariz Əhmədoğlu mətbuat konfransı keçirib. Onun sözlərinə görə, avqustun siyasi proseslər baxımından zəif ay hesab olunmasına baxmayaraq, dünyada önəmli proseslər baş verib. Onun sözlərinə görə, ABŞ-la Rusiyanın münasibətlərinin gərginləşməsi Şimali Qafqazda qarşıdurmaların meydana çıxması ilə müşayiət olunub: “ABŞ-la Rusiyanın münasibətləri normal olan zaman Şimali Qafqazda heç bir qarşıdurma müşahidə olunmur”. O, ötən ay Rusiya ilə Azərbaycanın da münasibətlərinin ziddiyyətli olduğunu deyib, İran prezidentinin, ABŞ hökumətinin nümayəndələrinin, Qətər əmirinin Bakıya səfərini mühüm hadisə kimi qiymətləndirib. Mərkəzi Asiya regionunda Qazaxıstanda keçirilən parlament seçkilərini önəmli sayan M. Əhmədoğlu bölgədə Rusiya və Çinin maraqlarının toqquşduğunu qeyd edib. Politoloq Ermənistanın 90 illik fasilədən sonra Türkiyə ilə danışıqlar aparmağa hazır olmasını, Ermənistanda yezidi kürdlərin aktivləşməsini və onların Gürcüstan ərazisindəki yezidi kürdlərin bu prosesə qoşulmasını hesabata əlavə edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR