Bank Of Baku

“Azadlıq” blokunun Şirvan zonası üzrə yerli təşkilatlarının toplantısı çayxanada baş tutub

“Azadlıq” blokunun Şirvan zonası üzrə yerli təşkilatlarının toplantısı çayxanada baş tutub
# 04 sentyabr 2007 11:43 (UTC +04:00)
“Azadlıq” blokunun üzvü olan partiyaların Şirvan zonası üzrə yerli təşkilatlarının rəhbərlərinin bu gün Şamaxıda keçirmək istədikləri toplantıya rayon rəhbərliyi icazə verməyib. Bu barədə APA-ya blokun Sədrlər Şurasının üzvü, Milli Birlik Hərəkatının (MBH) lideri Lalə Şövkət məlumat verib. O bildirib ki, yerli təşkilatların fəallığını artırmaq məqsədilə mütəmadi olaraq regional toplantılar, zona müşavirələri keçirmək barədə qərar qəbul edilib. Ancaq L. Şövkətin sözlərinə görə, Şamaxı rayon İcra Hakimiyyəti toplantının keçirilməsi üçün yer ayırmadığından müxalifətçilər yığıncağı çayxanada keçirməli olublar: “Hakimiyyət nümayəndələri yerli təşkilatlarımızla görüşlər keçirməyimizə imkan vermir. Sözsüz ki, bu, Azərbaycanda siyasi fəaliyyətin de-fakto qadağan olunmasıdır”. Maneçiliklərə baxmayaraq, L. Şövkət digər regionlarda da toplantılar keçirəcəklərini deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR