Bank Of Baku

Prezident İlham Əliyevin Litvaya səfərini hazırlayacaq işçi qrup sabah Vilnüsə yola düşür

Prezident İlham Əliyevin Litvaya səfərini hazırlayacaq işçi qrup sabah Vilnüsə yola düşür
# 04 sentyabr 2007 12:10 (UTC +04:00)
Bu barədə APA-ya Litvanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Kudzmanas Kyastutis məlumat verib. Qrup üzvləri Litva Prezident Aparatı və Xarici İşlər Nazirliyində görüş keçirəcəklər. Səfər zamanı bir sıra dövlətlərarası sənədlərin imzalanması nəzərdə tutulur, hazırda imzalanacaq sənədlərin razılaşdırılması prosesi gedir. Artıq mədəniyyət, turizm sahəsində və vergi xidmətləri arasında əməkdaşlığa dair sənədlər razılaşdırılıb. Səfər zamanı prezident İlham Əliyevin Litva prezidenti, baş naziri və parlamentin spikeri ilə görüşü nəzərdə tutulub. Bundan başqa səfər çərçivəsində Vilnüsdə Azərbaycan və Litva iş adamlarının iştirakı ilə biznes-forum keçiriləcək. Biznes-forumda Azərbaycandan 50-dən artıq şirkətin iştirakı nəzərdə tutulur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR