Bank Of Baku

Rumıniya prezidenti: “Növbəti dövr üçün əsas prioritet sahələrdən biri Azərbaycanla münasibətləri möhkəmləndirməkdir”

Rumıniya prezidenti: “Növbəti dövr üçün əsas prioritet sahələrdən biri Azərbaycanla münasibətləri möhkəmləndirməkdir”
# 04 sentyabr 2007 12:16 (UTC +04:00)
Toplantıda saat yarım çıxış edən prezident Trayan Basesku rumın diplomatlarına ölkənin xarici siyasət prioritetləri barədə danışıb. O, Moldova ilə münasibətlərin xüsusi əhəmiyyət daşıdığını bildirərək ölkə rəhbərliyinin Buxarestin ünvanına səslənən çox kəskin bəyanatlarına cavab verməməsinin səbəbini göstərib: “Mən heç bir gün belə Moldovanın dövlət başçısı, baş naziri və ya xarici işlər nazirinin yerində olmaq istəmərəm. Moldova bir tərəfdən Rusiya ilə Dnestryanı problemini müzakirə edir, digər tərəfdən isə Avropa İttifaqı ilə yaxınlaşmağa məcburdur”. Prezident Kosovo probleminin həllində suveren və müstəqil dövlət kimi Serbiyanın hüquqlarına hörmət edilməsinə tərəfdar olduqlarını deyib: “Əgər beynəlxalq səviyyədə qəbul olunan həll variantı tapılarsa, Rumıniya ona etiraz etməyəcək, amma öz mövqeyinin ayrıca xatırladılmasını istəyəcək”. Növbəti dövr üçün prioritet sahə olaraq T. Basesku Azərbaycan və Qazaxıstan ilə münasibətlərin möhkəmləndirilməsini qeyd edib. Onun fikrincə, bu iki keçmiş sovet respublikasının malik olduqları mühüm enerji ehtiyatları nəzərə alınmalıdır. Bununla bərabər dövlət başçısı ölkənin neft nəhəngi olan “Rompetrol” Holdinqinin “KazMunayQaz” tərəfindən 2.7 milyard avroya alınmasına münasibət bildirməyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR