Bank Of Baku

Lalə Şövkət: “Ümid edirik ki, “Azadlıq” blokunun Seçki Məcəlləsi ilə bağlı təklifləri nəzərə alınacaq”

Lalə Şövkət: “Ümid edirik ki, “Azadlıq” blokunun Seçki Məcəlləsi ilə bağlı təklifləri nəzərə alınacaq”
# 04 sentyabr 2007 13:06 (UTC +04:00)
“Biz ümid edirik ki, yaxın vaxtlarda “Azadlıq” blokunun təklifləri də nəzərə alınmaqla Azərbaycanın Seçki Məcəlləsi Avropa Şurasının Venesiya Komissiyası tərəfindən hakimiyyət nümayəndələri ilə müzakirəyə çıxarılacaq”. Bu açıqlamanı APA-ya blokun Sədrlər Şurasının üzvü, Milli Birlik Hərəkatının (MBH) lideri Lalə Şövkət Hacıyeva bildirib. Onun sözlərinə görə, “Azadlıq” bloku seçki qanunvericiliyi ilə bağlı əvvəlki mövqeyində qalır və komissiyaların paritet əsaslarla təşkil edilməsini vacib sayır. MBH lideri bu dəyişikliyin həyata keçirilməsi üçün blok tərəfindən bir sıra addımların atılacağını da qeyd edib. ““Azadlıq” bloku Seçki Məcəlləsi ilə bağlı öz mövqeyini Avropa Şurasına çatdırıb. Şuradan isə bu təkliflərin nəzərə alınacağı ilə bağlı cavab verilib. Biz bu müzakirələrin nəticəsindən asılı olaraq seçkilərlə bağlı mövqeyimizi müəyyənləşdirəcəyik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR