Bank Of Baku

MDB Daxili İşlər Nazirləri Şurasının Bakıda keçiriləcək iclasında 11 məsələ müzakirə ediləcək

MDB Daxili İşlər Nazirləri Şurasının Bakıda keçiriləcək iclasında 11 məsələ müzakirə ediləcək
# 04 sentyabr 2007 13:18 (UTC +04:00)
Bu barədə APA-ya MDB İcraiyyə Komitəsindən məlumat verilib. İclasın gündəliyinə müasir çağırış və təhlükələrə qarşı mübarizənin effektivliyinin artırılması, cinayətkarlıqla mübarizə sahəsində informasiya mübadiləsi haqqında saziş layihəsi, informasiya texnologiyaları və cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlığın effektivliyinin artırılması, daxili işlər orqanlarında kadr hazırlığı sahəsində əməkdaşlıq, MDB dövlətləri DİN əməkdaşlığının təşkilati və müqavilə-hüquq bankının öyrənilməsinin nəticəsi, vahid avtomatlaşdırılmış məlumat bankı sistemi yaradılması haqqında tədbirlər planının təsdiqi, axtarışda olan şəxslərin dövlətlərarası axtarışının vahid qaydaları haqqında təlimata əlavələr, Şuranın növbəti iclasının yeri və s. məsələlər salınıb.
Qeyd edək ki, tədbirdə MDB üzvü olan dövlətlərin, o cümlədən Ermənistanın daxili işlər nazirliklərinin yüksək vəzifəli şəxsləri iştirak edəcəklər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR