Bank Of Baku

İraqın Azərbaycandakı səfiri: “Kərkükə özəl vilayət statusu verilə bilər”

İraqın Azərbaycandakı səfiri: “Kərkükə özəl vilayət statusu verilə bilər”
# 04 sentyabr 2007 13:35 (UTC +04:00)
“İraq türkmənlərinin sıx yaşadıqları Kərkükə özəl vilayət statusu verilə bilər”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında İraqın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ərşad İsmayıl Ömər deyib. O bildirib ki, İraq hökuməti türkmənlərin problemlərinin köklü şəkildə həlli məqsədilə bir sıra tədbirlər görməyi nəzərdə tutub: “Hökumət İraq türkmənlərinin problemlərinin həlli istiqamətdə müəyyən addımlar atır. Yeni Konstitusiya qəbul olunduqdan sonra türkmənlərin hüquqi statusu bəlli olacaq və qarşıya çıxan problemlər daha tez həll ediləcək. Yəni bu qanuna görə, federal dövlətin tərkibində Kərkükə özəl vilayət statusu verilə bilər”. Səfir İraq türkmənlərinin Azərbaycanda nümayəndəliklərinin yaradılması ilə bağlı məsələyə də münasibət bildirib: “Bu məsələdə heç bir problem yoxdur. Qeyri-rəsmi təşkilatın burada nümayəndəliyinin olması normal qarşılana bilər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR