Bank Of Baku

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Robert Simmonsla görüşüb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Robert Simmonsla görüşüb
# 04 sentyabr 2007 15:06 (UTC +04:00)
Brüsseldə işgüzar səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarov Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Mənzil Qərargahında olub. Xarici İşlər Nazirliyinin Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, Elmar Məmmədyarov NATO baş katibinin Cənubi Qafqaz və Orta Asiya üzrə xüsusi nümayəndəsi Robert Simmonsla ikitrəfli görüş keçirib. Görüş zamanı ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi, Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planının (FTƏP) yerinə yetirilməsi, Ermənistan-Azərbaycan münaqişəsi, regionda ümumi təhlükəsizlik vəziyyəti və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR