Bank Of Baku

Qənirə Paşayeva: “Azərbaycan-İraq parlamentlərarası dostluq qrupu yaradılmalıdır”

Qənirə Paşayeva: “Azərbaycan-İraq parlamentlərarası dostluq qrupu yaradılmalıdır”
# 04 sentyabr 2007 15:23 (UTC +04:00)
“Azərbaycan-İraq parlamentlərarası dostluq qrupu yaradılmalıdır. Təəssüf ki, İraq tərəfi bu məsələdə təşəbbüslə çıxış etmir”. APA-nın məlumatına görə, Milli Məclisin deputatı Qənirə Paşayeva bildirib ki, İraq parlamentinin türkmən deputatlarının dostluq qrupunda təmsil olunması parlament səviyyəsində qarşılıqlı əlaqələrin inkişafına təkan verər. Azərbaycan dövlətinin İraqdakı türkmənlərlə bağlı məsələyə həssaslıqla yanaşdığını deyən Q. Paşayeva türkdilli dövlətlərin İraq türkmənlərinə dəstəyinin vacib olduğunu söyləyib: “İlk növbədə bu məsələ QHT-lər səviyyəsində həyata keçirilməlidir. İraqın türkmən təşkilatları Azərbaycan və Türkiyənin diaspora təşkilatları ilə əlaqələri genişləndirməlidir. Avropa Şurasında da türkmənlər öz hüquqlarının pozulması ilə bağlı aktivlik göstərməli və narahat edən məsələləri bu quruma çatdırmalıdır. Türkiyə və Azərbaycan nümayəndələri bundan sonra öz dəstəyini verə bilər. Digər məsələləri isə İraqın Azərbaycandakı səfiri ilə danışmışıq”. Q. Paşayeva Azərbaycanın təhsil və səhiyyə sahəsində də İraq türkmənlərinə yardım edə biləcəyini vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR