Bank Of Baku

Tomas Hammarberq ədliyyə naziri Fikrət Məmmədovla görüşüb

Tomas Hammarberq ədliyyə naziri Fikrət Məmmədovla görüşüb
# 05 sentyabr 2007 08:19 (UTC +04:00)
Azərbaycanda səfərdə olan Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Tomas Hammarberq ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovla görüşüb. Bu barədə APA-ya Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Ölkədə həyata keçirilən demokratik dəyişikliklərdən söz açan nazir insan hüquqlarının etibarlı müdafiəsinə xidmət edən məhkəmə sisteminin müasirləşdirilməsi, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, ədliyyə orqanlarının inkişafı, o cümlədən penitensiar sistemin fəaliyyətinin yaxşılaşdırılması üzrə aparılan islahatlar, korrupsiya ilə mübarizə sahəsində görülən işlər barədə məlumat verib.
T. Hammarberq ölkəmizdə insan hüquqlarının qorunmasına xüsusi diqqət yetirildiyini vurğulayaraq, ötən il Azərbaycan prezidenti İlham Əliyev tərəfindən təsdiq edilən insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planını yüksək qiymətləndirib, bu sənədin icrası ilə bağlı görülən işlərlə maraqlanıb. O, səfər çərçivəsində baş çəkdiyi penitensiar müəssisələr, o cümlədən Qobustan həbsxanası ilə bağlı təəssüratlarını bölüşüb. Qonaq ədliyyə və məhkəmə sistemində aparılan islahatları yüksək qiymətləndirərək qeyd edib ki, yeni məhkəmələrin fəaliyyətə başlaması, hakimlərin sayının artırılması və onların ədalətli təyinatı insan hüquqlarının etibarlı qorunmasına xidmət edir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR