Bank Of Baku

MSK gələn il yeni binaya köçəcək

MSK gələn il yeni binaya köçəcək
# 05 sentyabr 2007 08:52 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyası (MSK) 2008-ci ildə keçiriləcək növbəti prezident seçkilərinə kimi yeni binaya köçəcək. Bu barədə APA-ya MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev məlumat verib. Onun sözlərinə görə, Binəqədi rayonu ərazisində MSK üçün yeni binanın tikintisi davam etdirilir və artıq bir neçə mərtəbə hazırdır. Gələn ilin may ayına kimi tikintinin başa çatdırılması nəzərdə tutulub. A. Sariyev bildirib ki, seçki kampaniyasına start veriləndə MSK artıq yeni binasında fəaliyyət göstərəcək: “Yeni bina prezidentin göstərişi əsasında tikilir və tikinti şirkəti tərəfindən təqdim edilən layihə də prezident tərəfindən bəyənilib”. A. Sarıyev 10 mərtəbəli binanın birinci mərtəbəsinin qaraj olacağını, digər 9 mərtəbədə isə MSK-nın bütün strukturlarının və “Seçkilər” İnformasiya Mərkəzinin yerləşəcəyini qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR