Bank Of Baku

MDB Daxili İşlər Nazirləri Şurasının Azərbaycan paytaxtında iclası sentyabrın 6-7-də keçiriləcək

MDB Daxili İşlər Nazirləri Şurasının Azərbaycan paytaxtında iclası sentyabrın 6-7-də keçiriləcək
# 05 sentyabr 2007 09:23 (UTC +04:00)
Qeyd edək ki, iclasda 11 məsələ müzakirə olunacaq. İclasın gündəliyinə cinayətkarlıqla mübarizə sahəsində informasiya mübadiləsi haqqında saziş layihəsi, informasiya texnologiyaları və cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlığın effektliliyinin artırılması, daxili işlər orqanlarında kadrların hazırlanması sahəsində əməkdaşlıq, MDB dövlətləri DİN əməkdaşlığının təşkilati və müqavilə-hüquq bankının öyrənilməsinin nəticəsi, vahid avtomatlaşdırılmış məlumat bankı sistemi yaradılması haqqında tədbirlər planının təsdiqi, axtarışda olan şəxslərin dövlətlərarası axtarışının vahid qaydaları haqqında təlimata əlavələr, Şuranın növbəti iclasının yeri və s. məsələlər salınıb. Tədbirdə MDB üzvü olan dövlətlərin Daxili İşlər nazirliklərinin yüksək vəzifəli şəxsləri, o cümlədən Ermənistanın daxili işlər naziri Ayk Arutunyan da iştirak edəcəklər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR