Bank Of Baku

Taliyət Əliyev: ““Azadlıq” bloku gec-tez prezident seçkilərində iştirak etmək qərarı verəcək”

Taliyət Əliyev: ““Azadlıq” bloku gec-tez prezident seçkilərində iştirak etmək qərarı verəcək”
# 05 sentyabr 2007 09:35 (UTC +04:00)
““Azadlıq” blokunun prezident seçkilərini boykot etməklə bağlı təklifləri doğru deyil. Seçkiləri boykot etmək həm siyasi düşərgəni, həm də elektoratı passivləşdirmək deməkdir”. Bu fikirləri APA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyası (ADP) sədrinin müavini Taliyət Əliyev bildirib. Onun sözlərinə görə, ADP-nin seçkilərlə bağlı mövqeyi müəyyən edilib və partiya istənilən halda bu seçkilərdə iştirak edəcək. Onun sözlərinə görə, bu vaxta qədər olan siyasi təcrübə sübut edib ki, seçkiləri boykot etməyin heç bir effekti olmur: “Seçkiləri bütün cəmiyyət boykot edərsə, bunun hər hansı effekti ola bilər. Bir-iki partiyanın seçkilərdən kənarda qalması heç nəyə təsir etmir”. Seçki Məcəlləsi ilə bağlı irəli sürülən tələbləri də haqlı sayan T. Əliyev hesab edir ki, bu istiqamətdə ardıcıl iş aparılmalıdır: “Bu məsələdə siyasi partiyaların potensialı ortaya qoyulmalı və qanunun dəyişdirilməsinə çalışılmalıdır. Yoxsa kənarda əlini əlinin üstünə qoyaraq, heç nə etmədən qanunun dəyişdirilməsini tələb etmək fayda verməyəcək. Seçki Məcəlləsinə dəyişiklik olmayacaqsa, seçkiləri boykot etmək də səhv addım olar. Digər tərəfdən “Azadlıq” blokunun daxilində də boykot məsələsi birmənalı qarşılanmır, oradakı bəzi qüvvələr seçkidə iştirak etməyin tərəfdarıdır. Ona görə də gec-tez “Azadlıq” bloku da seçkilərdə iştirak etmək qərarı verəcək. Düşünürəm ki, blokun boykot taktikası baş tutmayacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR