Bank Of Baku

YAP parlamentin payız sessiyasına xüsusi qanun layihəsi təqdim etməyəcək

YAP parlamentin payız sessiyasına xüsusi qanun layihəsi təqdim etməyəcək
# 05 sentyabr 2007 09:38 (UTC +04:00)
Yeni Azərbaycan Partiyasının (YAP) parlamentin payız sessiyasına xüsusi qanun layihəsi təqdim etməsi nəzərdə tutulmur. Bu barədə APA-ya YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə məlumat verib. Onun sözlərinə görə, partiya adından hər hansı layihənin təqdim olunmamasına baxmayaraq, YAP-çı deputatlar müxtəlif təkliflərlə çıxış edəcəklər. O özü bir sıra təkliflər hazırladığını da qeyd edib. Millət vəkili payız sessiyasında “Təhsil haqqında” qanunun, “Hərbi doktrina” nın və “Əmanətlərin vətəndaşlara qaytarılması” haqqında qanunların qəbul olunması barədə məsələ qaldıracağını deyib. A. Mirzəzadə həmin qanunlarla bağlı bir sıra təkliflərinin olduğunu bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR