Bank Of Baku

AMİP silsilə aksiyalar keçirməyə hazırlaşır

AMİP silsilə aksiyalar keçirməyə hazırlaşır
# 05 sentyabr 2007 09:49 (UTC +04:00)
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının növbəti iclası keçirilib. Partiyanın sədri Ayaz Rüstəmovun APA-ya verdiyi məlumata görə, iclasda partiyanın yaxın gələcəkdə keçirəcəyi kütləvi aksiyalar müzakirə olunub. İclasda ölkədəki sosial-iqtisadi problemlərin həll olunması tələbi ilə Nazirlər Kabinetinin binası qarşısında mütəmadi olaraq aksiyaların keçirilməsi qərara alınıb. A. Rüstəmov bildirib ki, onlar sentyabrın 7-nə təyin olunmuş aksiya ilə bağlı artıq Bakı şəhər İcra Hakimiyyətinə müraciət ediblər. O, şəhər rəhbərliyinin aksiyaya razılıq verməyəcəyi halda da piketi keçirəcəklərini qeyd edib. İclasda piketlə bağlı rayon təşkilatlarının rəhbərlərinə tapşırıqlar verilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR