Bank Of Baku

Azərbaycanla Litva arasında imzalanacaq daha bir neçə sənəd razılaşdırılıb

Azərbaycanla Litva arasında imzalanacaq daha bir neçə sənəd razılaşdırılıb
# 05 sentyabr 2007 10:54 (UTC +04:00)
Bu barədə APA-ya Litvanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Kyastutis Kudzmanas məlumat verib. Onun sözlərinə görə, razılaşdırılan sənədlər iki ölkənin idman, gənclərə dair layihələr, investisiyalar sahəsində əməkdaşlığı nəzərdə tutur. Bundan əvvəl isə iqtisadi inkişaf, turizm və mədəniyyət sahələrində və vergi xidmətləri arasında əməkdaşlığa dair sənədlər razılaşdırılıb. Hazırda Azərbaycan prezidentini səfərdə müşayiət edəcək nümayəndə heyətinin tərkibi dəqiqləşdirilir. Qeyd edək ki, prezidentin səfərini hazırlayacaq işçi qrup bu gün Vilnüsə yola düşüb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR