Bank Of Baku

Vaqif Sadıxov: “Nə qədər çox Ermənistan vətəndaşı Azərbaycan reallıqları ilə tanış olsa, o qədər yaxşıdır”

Vaqif Sadıxov: “Nə qədər çox Ermənistan vətəndaşı Azərbaycan reallıqları ilə tanış olsa, o qədər yaxşıdır”
# 05 sentyabr 2007 10:56 (UTC +04:00)
“Hesab edirəm ki, Ermənistan nümayəndəsinin MDB-nin Bakıda keçirilən toplantısında iştirak etməsində qeyri-adi bir şey yoxdur. Azərbaycan rəsmiləri də İrəvanda keçirilən tədbirlərə qatılır. Nə qədər çox Ermənistan vətəndaşı Azərbaycan reallıqları ilə tanış olsa, təbliğat nöqteyi-nəzərindən Azərbaycan üçün o qədər xeyirlidir”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Vaqif Sadıxov deyib. Ermənistanın daxili işlər naziri Ayk Arutunyanın Bakıya gözlənilən səfərinə münasibət bildirən nazir müavini Azərbaycanın bir çox beynəlxalq təşkilatların üzvü olduğunu və həmin qurumlar qarşısında öhdəliklər götürdüyünü xatırladıb: “Həmin qurumların müxtəlif ölkələrdə tədbirləri keçirilir və Bakıda da belə tədbirlərin keçirilməsi yaxşı haldır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR