Bank Of Baku

Müxalifətin Məşvərət Şurası beynəlxalq təşkilatlarla əlaqələrə həsr olunmuş konfrans keçirəcək

Müxalifətin Məşvərət Şurası beynəlxalq təşkilatlarla əlaqələrə həsr olunmuş konfrans keçirəcək
# 05 sentyabr 2007 11:35 (UTC +04:00)
Müxalifətin Məşvərət Şurası müxalifətin beynəlxalq təşkilatlarla əlaqələrinin səviyyəsinə həsr olunmuş konfrans keçirməyə hazırlaşır. Şuranın üzvü olan Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Ayaz Rüstəmovun APA-ya verdiyi məlumata görə, konfransın təşkilatçılığını Müsavat Partiyası həyata keçirəcək. Bu məqsədlə Şura üzvü olan partiyaların rəhbərləri sentyabrın 12-də növbəti toplantı keçirməyi planlaşdırıblar. İclasda konfransın tarixi və dəvət olunacaq beynəlxalq təşkilatların siyahısı müəyyənləşəcək. A. Rüstəmov siyasi partiyaların beynəlxalq təşkilatlarla əməkdaşlığını vacib məsələlərdən biri adlandırıb: “Biz istəyirik ki, həmin təşkilatlar ölkədə baş verən məsələlərə diqqətlə yanaşsınlar. Amma onlar hər dəfə seçkilər ərəfəsində vədlər verirlər, sonradan tamam fərqli mövqe nümayiş etdirirlər. Bu gün Azərbaycandakı beynəlxalq təşkilatlar bir növ hakimiyyətin inhisarındadır. Biz bu kimi tədbirlərlə onları ədalətli mövqeyə dəvət etmək istəyirik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR