Bank Of Baku

İraq Türkmən Cəbhəsi təmsilçiləri bu gün hökumət nümayəndələri ilə görüşüblər

İraq Türkmən Cəbhəsi təmsilçiləri bu gün hökumət nümayəndələri ilə görüşüblər
# 05 sentyabr 2007 12:49 (UTC +04:00)
Asiya Dialoqu İctimai Birliyi və Qafqaz Media Tədris Mərkəzinin dəvəti ilə Azərbaycanda səfərdə olan İraq Türkmən Cəbhəsi (İTC) təmsilçiləri bu gün hakimiyyət nümayəndələri ilə görüşüblər. Asiya Dialoqu İctimai Birliyindən APA-ya verilən məlumata görə, İTC Siyasi Şurasının üzvü, Türkmən Ədalət Partiyasının sədri Ənvər Bayraqdarın rəhbərlik etdiyi nümayəndə heyətini Prezident Aparatının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov qəbul edib. Daha sonra qonaqlar xarici işlər nazirinin müavini Xələf Xələfov və nazirliyin Şərq ölkələri üzrə departament rəhbərləri ilə görüşüblər. Görüşlərdə İraq türkmənlərinin qaldırdığı məsələlərlə bağlı müzakirələr aparılıb, qeyd edilən problemlərin bir çoxunun həlli istiqamətində müsbət mesajlar verilib. Məlumata görə, hər iki görüşdə Bakıda İraq Türkmən Cəbhəsinin təmsilçiliyinin açılması təklifləri dinlənilib. İraq türkmən heyətinin görüşləri davam edəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR